AZ EN RU
logo Aliyev
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” üzrə ixtisasartırma kursunun iştirakçıları Dövlət Miqrasiya Xidmətində təcrübədə olmuşlar

21 Fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin nəzdində açılan “Miqrasiya proseslərinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunun iştirakçıları Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində təcrübədə olmuşlar.

 

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin mühazirəsi dinlədildikdən sonra kurs iştirakçıları Xidmətin Heydər Əliyev muzeyində, kitabxanada, Miqrasiya Məlumat Mərkəzində, müraciət edənlərin gözləmə zalında olmuş, ayrı-ayrı idarə və şöbələrin iş prosesləri ilə yaxından tanış olmuşlar.

Kursda Dövlət Miqrasiya Xidməti ilə yanaşı Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər, Xarici İşlər və Ədliyyə Nazirliklərinin, Dövlət Gömrük və Diasporla İş üzrə Dövlət Komitələrinin, Baş Prokurorluğun və digər dövlət qurumlarının  əməkdaşları iştirak edirlər.

Regional miqrasiya idarələri
Elanlar