AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində ilk andiçmə mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli 930-IIIQ saylı Qanununu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə uyğun olaraq, 15 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində əməkdaşların ilk andiçmə mərasimi keçirilmişdir.

 

Andiçmə mərasimi Azərbaycan Respublikasının Dövlət bayrağının Xidmətin Heydər Əliyev Muzeyinə  gətirilməsi ilə başlanmışdır. İdarələr üzrə tribunanın qarşısına düzülən xidmət əməkdaşları dövlət bayrağı önündə Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlara ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına and içmişlər.

Regional miqrasiya idarələri