AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin əməkdaşları silsilə təlimlərdə iştirak etmişlər


Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün keçirilən silsilə təlimlər başa çatmışdır.

“Miqrasiya konteksti və problemlər”, “Miqrasiyanın idarəolunmasında hüquqi çərçivə” mövzusunda keçrilən təlimlərin təşkil edilməsində əsas məqsəd beynəlxalq qaçqın hüququ və miqrasiyanın idarə edilməsi sahəsində potensialın daha da artırılmasıdır. 

 Üçmərhələli təlimlərdə həmçinin “Ölkəyə giriş, qaçqınların qəbulu və müraciətlərinə baxılması, tənzimlənməyən miqrasiya”, “Qaçqın və miqrantların, qeyri-vətəndaşların ölkədə müvəqqəti olmaları və ölkə ərazisindən çıxışı” mövzularında mühazirələr dinlənilmişdir.


 Təlimin sonunda Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına diplomlar təqdim edilmişdir.

Regional miqrasiya idarələri