AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının nümayəndə heyəti Praqada keçirilən beynəlxalq konfransda iştirak etmişdir
Aprelin 27-28-də Avropa İttifaqının sədrliyi çərçivəsində Çexiya Respublikasının Praqa şəhərində “Miqrasiya sahəsində tərəfdaşlıq quruculuğu” mövzusunda Nazirlər Konfransı keçirilmişdir. Konfransda Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Dünyanın 45 ölkəsinin və 8 beynəlxalq təşkilatın iştirak etdiyi konfransda qeyri-qanuni miqrasiyaya qarşı mübarizə; readmissiya, geri qayıtma və reinteqrasiya; qanuni miqrasiya; inteqrasiya; miqrasiya və inkişaf mövzularında məruzələr dinlənilmiş, geniş diskussiyalar aparılmışdır.
Konfrans çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov və Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktoru Vilyam Leysi Svinq, Niderland Krallığının ədliyyə naziri Nebahat Albayraq arasında ikitərəfli görüşlər keçirilmiş, miqrasiya proseslərinin tənzimlənməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və dövlətlərarası qarşılıqlı təcrübənin öyrənilməsi məsələləri müzakirə edilmişdir.
Aprelin 28-də konfrans iştirakçıları tərəfindən miqrasiya sahəsində əməkdaşlığa dair Birgə Bəyannamə qəbul edilmişdir.
Regional miqrasiya idarələri