AZ EN RU
logo Aliyev
Dövlət Мiqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Misir Ərəb Respublikasının Azərbaycandakı səfirini qəbul etmişdir
6 mart 2009-cu il tarixdə Dövlət Мiqrasiya Xidmətinin rəisi Arzu Rəhimov Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Sabir Əbdülqadir Mansuru qəbul etmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə Misir Ərəb Respublikasına rəsmi səfərinin iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin genişlənməsi üçün möhkəm əsas yaratdığı vurğulanmışdır.
Azərbaycandan fərqli olaraq Misir Ərəb Respublikasında miqrasiya məsələləri ilə məşğul olan müstəqil qurumun olmadığını bildirən səfir görüşdə əsas məqsədin əcnəbilərin, o cümlədən Misir vətəndaşlarının Azərbaycanda qalma qaydaları haqqında ətraflı bilgi əldə etmək olduğunu bildirmişdır.
Təşəbbüs göstərdiyinə görə nümayəndə heyətinə minnətdarlıq edən Arzu Rəhimov səfirliklər tərəfindən öz vətəndaşları arasında Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi barədə tanışlıq aparılması işini müsbət qiymətləndirmiş, rəhbərlik etdiyi qurumun vəzifə və səlahiyyətləri haqda məlumat vermişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 4-mart 2009-cu il tarixli fərmanı əsasında 2009-cu il iyulun 1-dən tətbiq ediləcək «bir pəncərə» sisteminin xüsusi əhəmiyyətindən bəhs etmiş, məhz bundan sonra miqrantların Azərbaycanda qalmasını rəsmiləşdirən prosedurun xeyli sadələşəcəyini nəzərə çatdırmışdır.
Səmimi qəbula görə Dövlət Мiqrasiya Xidmətinin rəhbərliyinə təşəkkürlərini bildirən Misir səfiri Sabir Əbdülqadir Mansur hər iki tərəfin gələcəkdə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Regional miqrasiya idarələri