AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 17-21 noyabr tarixlərində Almaniya Federativ Respublikasında rəsmi səfərdə olmuşdur
Almaniya Federativ Respublikası Daxili İşlər Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 17-21 noyabr tarixlərində Almaniya Federativ Respublikasında rəsmi səfərdə olmuşdur.
Səfər zamanı Almaniya Federativ Respublikasının məsul vəzifəli şəxsləri ilə görüşlər keçirilmiş, qeyri-qanuni miqrasiya ilə bağlı problemlər, vətəndaşların mənşə ölkələrinə qaytarılması məsələləri, sığınacaq prosedurları, miqrasiya pro­ses­lərinin tənzimlənməsi üzrə qanunvericilik bazası barədə fikir mübadiləsi aparılmışdır. Həmçinin miqrasiya sahəsində qurumlararası əməkdaşlığın perspektivləri müəyyən edilmiş, təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunmuş, Dövlət Miqrasiya Xidmətinin yaradılması və xidmətin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilmişdir.
Səfərin həyata keçirilməsində ölkəmizin Almaniya Federativ Respublikasındakı Səfirliyinin əməkdaşları yaxından iştirak etmişlər.
Regional miqrasiya idarələri