AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasında olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2020-ci il tarixli 390 nömrəli Qərarı ilə 2020-ci il 15 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə  giriş-çıxış dayandırılıb.

Bununla əlaqədar olaraq ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almaları xahiş edilir:

  1. Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbuluna dair
  • Qusar, Quba (Quba şəhəri və Quba rayonunun Rustov və Zərdabi kəndləri istisna olmaqla), Xaçmaz, Siyəzən, Şabran rayonlarında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri - Xaçmaz regional miqrasiya idarəsində;
  • Quba şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri – Quba “ASAN xidmət” mərkəzində qəbul ediləcək.
  • Giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)
  1. Təqdim olunan sənədlərə dair

Qusar, Quba (Quba şəhəri istisna olmaqla), Xaçmaz, Siyəzən, Şabran rayonlarının və Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinin ərazisində yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir (hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir).

Regional miqrasiya idarələri
Elanlar