AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzinin fəaliyyətinə dair ELAN

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, eləcə də Qurban bayramı və həftə sonu istirahət günləri ilə əlaqədar 31 iyul – 3 avqust tarixlərinin qeyri-iş günləri olduğunu nəzərə alaraq, Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzi həmin tarixlərdə məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Təcili olmadığı təqdirdə, suallarınızı Çağrı Mərkəzinə 4 avqust tarixindən etibarən ünvanlamağınızı xahiş edirik.

Bununla yanaşı, sizi maraqlandıran sualları Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlaya bilərsiniz. Həmçinin qeyd olunan qeyri-iş günlərində Xidmətə müraciətlər elektron xidmətlər vasitəsilə edilə bilər (keçid üçün link: https://eservice.migration.gov.az/?lang=az).

Regional miqrasiya idarələri
Elanlar