AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirib

25 iyun 2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tərəfindən vətəndaşların videoqəbulu keçirilib.

Onlayn qəbul hazırda dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus infeksiyasının (COVID-19) Azərbaycanda da yayılma təhlükəsinin qarşısının alınması və insanların sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq təşkil edilib.

Xidmət rəisi vətəndaşların, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müraciətlərini videogörüntü vasitəsilə dinləyib.

Müraciətlər əsasən, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, vətəndaşlığa qəbul, vətəndaşlıq mənsubiyyətinin araşdırılması ilə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

 

Regional miqrasiya idarələri
Elanlar