AZ EN RU
logo Aliyev
2020-ci il Dövlət Miqrasiya Xidmətində “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun 13 mart 2020-ci il tarixli 40 nömrəli əmri ilə 2020-ci il Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Məqsəd elektron sənəd dövriyyəsinin təkmilləşdirilməsi, göstərilən xidmətlərin elektronlaşdırılması, qabaqcıl informasiya və kommunikasiya texnologiyalarının dövlət idarəçiliyində tətbiqinin səmərəliliyini artırmaqdır. Bununla bağlı təsdiq edilən Tədbirlər Planına əsasən DMX-nİn struktur bölməsi və sisteminə daxil olan qurumlar arasında müvafiq iş bölgüsü aparılıb.

Həmçinin İKT ili ilə bağlı Xidmətin struktur bölmələri üzrə görülən işlər barədə məlumatların müvafiq dövrlərdə (aylıq, rüblük) təqdim edilməsi Tədbirlər Planında öz əksini tapıb.

Regional miqrasiya idarələri
Elanlar