AZ EN RU
logo Aliyev
Miqrasiya orqanlarında çalışan işçilər üçün qısamüddətli tədris kursları keçirilib

Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrində çalışan işçilər peşə hazırlığının yüksəldilməsi məqsədilə təlimlərə cəlb olunublar.

DMX-nin Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi qısamüddətli kurs çərçivəsində işçilərə “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət”, “Dövlət qulluqçularının etik davranış qaydaları” və “İnsanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət hər bir dövlət işçisinin ümdə vəzifəsidir” mövzuları üzrə mühazirə və seminarlar keçirilib.

Təlim prosesində mövzulara dair dinləyiciləri maraqlandıran suallar cavablandırılıb, fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Kursun sonunda dinləyicilərin dinləmə və qavrama səviyyəsinin yoxlanılması məqsədilə imtahan, həmçinin təlimin və təlimçilərin qiymətləndirilməsi üçün sorğular keçirilib.

Regional miqrasiya idarələri
Elanlar