AZ EN RU
logo Aliyev
“Miqrasiya məktəbi-2” layihəsində növbəti təlimlər keçirilib

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi çərçivəsində növbəti təlim DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov tərəfindən “Miqrasiyanın idarə edilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda təşkil edilib.

Təlim çərçivəsində iştirakçılara Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyət istiqamətləri, miqrasiya prosesləri və onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının rolu  barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Regional miqrasiya idarələri