AZ EN RU
logo Aliyev
“Miqrasiya Məktəbi-2” layihəsinin iştirakçıları Qəbul şöbəsi və 919 Çağrı mərkəzinin fəaliyyəti ilə tanış olublar

Dövlət Miqrasiya Xidmətinin “Miqrasiya Məktəbi-2” layihəsi çərçivəsində təlimlər davam etdirilir. Bu silsilədən növbəti təlim “Dövlət Miqrasiya Xidmətinə müraciət edən şəxslərin qəbulu və onların müraciətlərinə baxılma qaydası” mövzusunda təşkil edilib.

Təlim çərçivəsində iştirakçılar Bakı regional miqrasiya idarəsinin Qəbul şöbəsi və 919 Çağrı mərkəzinin fəaliyyəti ilə tanış olublar.

Katibliyin Vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin rəisi Könül Cabbarova iş prinsipləri, fəaliyyət istiqamətləri, yazılı müraciətlərinin qəbulu, qeydiyyatı, onlara baxılması qaydası və Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin “Çağrı mərkəzi” şöbəsinin rəisi Samirə Cəfərova vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün xidmət növləri barədə məlumat ala bilmələri üçün yaradılan şərait, daxil olan suallarının operativ cavablandırılmasının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Regional miqrasiya idarələri