AZ EN RU
logo Aliyev
“Miqrasiya Könüllüsü” İctimai Birliyi “Boston Training Center” şirkəti ilə yeni layihəyə başlayır

“Könüllülər ili” ilə əlaqədar “Miqrasiya Könüllüsü” İctimai Birliyi və “Boston Training Center” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən şirkət könüllülər üçün xarici dillərin tədrisini və müxtəlif mövzular üzrə təlimlər həyata keçirəcək. Peşəkar müəllimlər tərəfindən ödənişsiz tədris ediləcək dil kursların məzunlarına "Boston Training Center” tərəfindən beynəlxalq sertifikatlar veriləcək. Memorandumu “Boston Training Center” tərəfindən şirkətin direktoru Maşallah Tağıyev imzalayıb.

Yaxın günlərdə dil kurslarında iştirak etmək istəyən könüllülərin qeydiyyatına start veriləcək!

Regional miqrasiya idarələri