AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK)  Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında olan səmərəli əlaqələrə toxunub, eləcə də ölkədə mövcud sığınacaq sisteminin təkmilləşdirilməsi ilə əlaqədar mühüm işlər aparıldığını, qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirib.

Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso iki qurum arasında əlaqələrin müvəffəqiyyətlə davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Regional miqrasiya idarələri
Elanlar