AZ EN RU
logo Aliyev
Miqrasiya Könüllülərinin 2020-ci il “Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planı təsdiq olundu.

Dövlət Miqrasiya Xidmətinin rəisi,III dərəcəli miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2020-ci il "Könüllülər ili"elan elan edilməsi ilə əlaqədar  Miqrasiya Könüllüsü İctimai Birliyinin idarə heyəti  ilə görüşüb.

Ötən il Miqrasiya könülləri tərəfindən həyata keçirilmiş uğurlu layihələri yüksək qiymətləndirən Xidmət rəisi, cari ildə də gənclərin fəaliyyətini diqqətdə saxlayacağını, onlara dəstək olacağını bildirib. Vüsal Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Ölkə başçısının sərəncamı son dövrlərdə genişlənən könüllülük hərəkatlarının işinə güclü təkan verəcək.

Görüşdə gənclərin şəxsi inkişafına,dünyagörüşünün artırılması və asudə vaxtının səmərəli keçirilməsinə yönəlik  müxtəlif mövzuları özündə birləşdirən layihələr ətrafında geniş müzakirələr  aparılıb. Tədbirdə  "Miqrasiya Könüllüsü" ictimai birliyinin bu il üçün nəzərdə tutulmuş tədbirlər planı təsdiq olunub.

Sonda Vüsal Hüseynov Miqrasiya Könüllülərinə fəaliyyətlərində uğurlar arzulayıb və bu il Miqrasiya Könüllülərinin fərqli layihələrlə daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

Qeyd edək ki, tədbirlər planına əsasən tezliklə Miqrasiya Könüllüləri tərəfindən “Hüquq və gənc hüquqşünaslar” layihəsi həyata keçiriləcək. Bu sahə üzrə bilik və təcrübəsini artırmaq istəyən gənclərin sənəd qəbulunun elanı veriləcək.

Regional miqrasiya idarələri