AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Miqrasiya Məktəbi 2 layihəsi fəaliyyətə başlayıb

Dövlət Miqrasiya Xidməti tərəfindən oktyabr ayında Miqrasiya Məktəbi 2-yə qəbulla bağlı elan edilən müsabiqənin nəticələrinə əsasən uğur qazanmış 16 gənc Xidmətin inzibati binasına dəvət olunub.

İlk dərs günündə layihə iştirakçıları ilə görüşən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təşkil olunan kursun gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verəcəyini deyib. Bildirib ki, ökənin inkişafı, həmçinin təhlükəsizliyi baxımından miqrasiya proseslərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir və bu sahədə savadlı, peşəkar mütəxəssislərin hazırlanmasına xüsusi önəm verilir.

Məhz Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, eləcə də Miqrasiya Könüllüsü layihələri gənclərə miqrasiya sahəsində yeni biliklər və təcrübə əldə etmək imkanı yaradır. Tədris proqramı çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacağını deyən Vüsal Hüseynov iştirakçılara uğurlar arzulayıb.

Sonra Miqrasiya Məktəbi 2 layihəsi barədə təqdimat olub.

Xatırladaq ki, 6 ay davam edəcək tədris proqramının əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır. Tədris prosesində gənclər üçün həm praktik məşğələlər, həm də xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacaq. Təlimlər DMX-nin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcək.

Regional miqrasiya idarələri
Elanlar