AZ EN RU
logo Aliyev
Qax və Zaqatalada səyyar xidmət təşkil olunub

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Qax və Zaqatala şəhərlərində səyyar xidmət həyata keçirilib.

Səyyar xidmətin imkanlarından 33 nəfər istifadə edib. Onların 7 nəfərindən müvəqqəti yaşama icazəsinin verilməsi, 4 nəfərindən Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd və 1 nəfərdən isə ərizə qəbul edilib. Həmçinin 6 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış təqdim edilib.

Bundan başqa, 15 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Regional miqrasiya idarələri