AZ EN RU
logo Aliyev
Gənclər arasında “2 Cahan” intellektual bilik yarışının qalib və mükafatçıları müəyyənləşib

“Nəsimi ili” ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Miqrasiya Könüllülərinin “2 Cahan” adlı intellektual bilik yarışı keçirilib.

Yarışda intellektinə güvənən gənclərdən ibarət 15 komanda iştirak edib. Gənclərin dünyagörüşü, bilik və qabiliyyətlərinin praktiki cəhətdən inkişaf etdirilməsinə köməklik göstərən “Xəmsə” formatlı “2 Cahan” yarışına iştirakçılar 5 nəfərlik komandalar şəklində qatılıblar. Turnir 3 turdan ibarət olub. Əyləncəli və gərgin mübarizə şəraitində baş tutan intellektual yarışda ən yüksək nəticə göstərən “Zodiac” komandası turnirin baş mükafatını və fəxri kuboku qazanıb. “Troya” komandası 2-ci, “Diamonds are Forever” kollektivi  isə III olub. Qalib və mükafatçılar diplomlar, medal və hədiyyələrlə təltif olunublar.

Regional miqrasiya idarələri