AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində “Açıq hökumət sahəsində gənclərin maarifləndirilməsi” təliminin açılışı olub

Təlim Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi və Vəkillər Kollegiyasının “ProDemos-Xalq üçün” adlı birgə layihəsi çərçivəsində reallaşdırılıb.

Konfransda çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov açıq hökumət sahəsində maarifləndirmənin vacibliyi və əsas prinsipləri barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mühüm addım oldu. Vüsal Hüseynov, həmçinin innovativ yanaşma, dövlət idarəçiliyində açıq hökumət prinsiplərinin həyata keçirilməsi, dövlət orqanlarının yanında ictimai şuralar barədə gəncləri maarifləndirib.

Daha sonra çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov rəqəmsal inkişaf və hüquqi maarifləndirmə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə hökumət və vətəndaş cəmiyyətinin qarşılıqlı əlaqəsindən bəhs ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “ProDemos-Xalq üçün” layihəsinin məqsədi bu problemlərin “sosial şəbəkə”lər vasitəsilə həlli, xüsusilə qanunvericilikdə ictimai əhəmiyyət kəsb edən yeniliklərin sadə dildə izahı və hüquqi yardıma ehtiyacı olanlara dəstək verilməsidir.

Regional miqrasiya idarələri