AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətində Reinteqrasiya üzrə İşçi Qrupunun altıncı iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının readmissiya sazişləri əsasında geriqəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, eləcə də sözügedən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədilə yaradılmış Reinteqrasiya işçi qrupunun 6-cı iclası reallaşdırılıb.

Tədbiri giriş sözü ilə açan Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev qonaqları salamlayaraq, Azərbaycan Respublikasının imzaladığı readmissiya sazişləri və qeyd edilən sazişlər çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verib.

Söyləyib ki, readmissiya sazişləri çərçivəsində geri qəbul edilən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədilə müvafiq sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmənin gücləndirilməsi zəruridir.

P. Musayev ölkəyə readmissiya edilmiş şəxslərlə bağlı Dövlət Miqrasiya Xidməti və aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sonra müvafiq dövlət qurumları tərəfindən reinteqrasiya ilə bağlı görülmüş işlərə dair ümumi müzakirələr və bu istiqamətdə qarşıda duran məsələlərə dair fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, tədbirdə İşçi Qrupuna daxil olan - Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri, eləcə də qonaq qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya təhlükəsizliyi baş idarəsinin, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) əməkdaşları  iştirak ediblər.

Regional miqrasiya idarələri