AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin nümayəndələri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin Ölkədən çıxarılma və Mühafizə əməliyyatları üzrə Direktorluğunun direktor müavini xanım Marlen Pinyeironun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti haqqında ətraflı məlumat verən V.Hüseynov Azərbaycan-ABŞ əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən mövcud əlaqələrin və əməkdaşlığın perspektivlərinin ildən-ilə genişləndiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Regional miqrasiya idarələri