AZ EN RU
logo Aliyev
Gəncədəki ali təhsil müəssisələrinin əcnəbi və yerli tələbələri üçün maarifləndirmə tədbiri keçirilib

Gəncə regional miqrasiya idarəsi tərəfindən miqrasiya qanunvericiliyinin təbliği məqsədilə Gəncə Dövlət Universitetində şəhərin ali məktəblərində təhsil alan əcnəbi və yerli tələbələr üçün maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, miqrasiya qanunvericiliyindəki son dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Miqrasiya proseslərinin tənzimlənməsinin ölkənin inkişafı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyi, maarifləndirmə və məlumatlandırma tədbirlərinin qanunsuz miqrasiyanın qarşısının alınmasında vacibliyi qeyd olunub.

Əcnəbilərin elektron xidmətlərə çıxışının asanlaşdırılması, müraciətlərə sərf edilən vaxtın minimuma endirilməsi məqsədilə yaradılmış MİGAZ mobil tətbiqinin əhəmiyyəti və perspektivləri diqqətə çatdırılıb. Sonda əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb.

Regional miqrasiya idarələri