AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.

Ölkələrimiz arasında dostluq münasibətlərinin uzun illərdir mövcud olduğu vurğulanıb, əlaqələrin uğurla inkişaf etdiyi və dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycan və Tacikistan arasında miqrasiya sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri, mövcud hüquqi bazanın gücləndirilməsi  və digər məsələlər müzakirə olunub.

Regional miqrasiya idarələri