AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın tam tərkibdə keçirilən ilk iclasında təşkilati məsələlərə baxılıb. Əvvəlcə Şuranın reqlamenti qəbul edilib və açıq səsvermə yolu ilə rəhbər vəzifələrə seçki keçirilib. Şuranın üzvü, “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov DMX yanında İctimai Şuranın sədri, “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyinin təsisçisi Kəmalə Məmmədova sədr müavini və  “Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi” İctimai Birliyinin vitse-prezidenti Kənan Bağırov katib seçiliblər.

Tədbirdə müşahidəçi qismində iştirak edən Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Kəyan Hacıyev seçilmiş üzvləri təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığının, qurumun fəaliyyətinə ictimai nəzarətə və şəffaflığın artırılmasına dəstək olduğunu vurğulayıb.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, növbəti iki ildə miqrasiya proseslərinin aktual aspektləri ilə əlaqədar yeni layihə və proqramların həyata keçirilməsi, bu sahədə çalışan qeyri-hökumət təşkilatlarının potensiallarının artırılması qarşıda duran mühüm vəzifələrdir.

Regional miqrasiya idarələri