AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünün boş qalan yerlərinə təkrar seçki keçirilib

6 namizəd arasında keçirilən seçkidə Kərimova Lamiyə Ağa qızı və Fətullayev Vidadi Bayram oğlu İctimai Şuranın üzvü seçiliblər. Səslər Komissiya üzvlərinin iştirakı ilə müşahidəçilərin nəzarəti altında hesablanıb. Səsvermədə seçici qismində ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının 23 təmsilçisi iştirak edib.

Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura üzvlüyünə seçki iyunun 25-də keçirilib. Şuranın 9 üzvdən ibarət tərkibdə formalaşdırılması nəzərdə tutulsa da, səsvermənin nəticəsinə görə müvafiq qanunvericiliyin tələbləri əsas götürülməklə, 13 namizəddən yalnız 7-si İctimai Şuraya üzv seçilmişdi. Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura növbəti 2 il üçün 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək.

Regional miqrasiya idarələri