AZ EN RU
logo Aliyev
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Dövlət Miqrasiya Xidməti əməkdaşları arasında futbol turniri keçirilib

DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan yarışda 4 komanda iştirak edib. Final matçında Bakı Regional Miqrasiya İdarəsinin Bakregion komandası ilə Miqrasiya Nəzarəti Baş İdarəsinin Leqal kollektivi qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşdə Bakregion  10-3 hesabı ilə qalib gələrək turnirin baş mükafatını qazanıb. Kubok və medalları Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov təqdim edib.

Regional miqrasiya idarələri