AZ EN RU
logo Aliyev
Şəkidə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqları” mövzusunda tədbir keçirilib

“İnsan hüquqları aylığı” çərçivəsində Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən “Tədbirlər Planı”na uyğun olaraq, Şəki regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qəbələ şəhərində “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət və KİV, hüquq-mühafizə orqanlarının nümayəndələri, təhsil işçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ibarət 75 nəfər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova regionlarda miqrasiya sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Sonra Şəki regional miqrasiya idarəsinin şöbə rəisi Taleh Musayev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, Xidmətin regional idarələri, saxlama mərkəzləri, sərhəd keçid məntəqələrində xidmət yerləri, Vahid Miqrasiya Məlumat Sistemi, Elektron Sənəd Dövriyyəsi, MİGAZ tətbiqi, göstərilən 14 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiyası,  24 saatlıq rejimdə fəaliyyət göstərən “Çağrı mərkəzi”nin işi barədə ətraflı məlumat verib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Regional miqrasiya idarələri