AZ EN RU
logo Aliyev
Ağstafada “Miqrasiya prosesi iştirakçılarının hüquq və vəzifələri barədə məlumatlandırmanın qanunsuz miqrasiyanın qarşısının alınmasında əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən tədbirdə yerli icra, bələdiyyə və sahibkarlıq subyektlərinin nümayəndələri, aidiyyatı dövlət qurumları, təhsil işçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Gəncə regional miqrasiya idarəsinin məsul əməkdaşları Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti, miqrasiya qanunvericiliyindəki dəyişikliklər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, Dövlət Miqrasiya Xidmətinin göstərdiyi xidmətlər barədə ətraflı çıxış ediblər.

Tədbirdə MİGAZ tətbiqinin istifadəsi, eləcə də 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzinin fəaliyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində həmçinin səyyar xidmət də təşkil edilib. Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ həyata keçirmək məqsədi daşıyan səyyar xidmətin imkanlarından 21 nəfər yararlanıb. Onlardan 2-sinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 13 nəfərə vətəndaşlıq mənsubiyyətinin tanınması ilə bağlı qərar verilib. 2 nəfərə vətəndaşlığa qəbulla bağlı müraciət üçün sənədlərin siyahısı təqdim olunub. 4 nəfərin miqrasiya ilə bağlı müraciətləri dinlənilib. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Regional miqrasiya idarələri