AZ EN RU
logo Aliyev
“İnsan hüquqları aylığı” çərçivəsində Şirvanda tədbir keçirilib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən “İnsan hüquqları aylığı” çərçivəsində Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Şirvan şəhəri Gənclər evində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, təhsil işçilərinin, ictimaiyyətin və yerli icra hakimiyyəti nümayəndələrinin, idarə və müəssisə rəhbərlərinin, KİV, hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə “İnsan alverinə qarşı mübarizə və qanunsuz miqrasiya hallarının aradan qaldırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

          Ümumilikdə 100  nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə Şirvan şəhər İcra hakimiyyətinin sektor müdiri Ramin Qasımov açıb və tədbirin təşkilinə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Şirvan RMİ-nin rəis müavini miqrasiya xidməti müşaviri Şəmsəddin Məmmədov geniş məruzə ilə çıxış edib. Tədbir zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən son zamanlar həyata keçirilən yeniliklər, qanunvericilikdə olan dəyişikliklər, eləcə də “MİGAZ”ın funksiyaları, istifadə qaydaları və üstünlükləri barədə məlumat verilib.

Tədbirdə DMX-nın Miqrasiya nəzarəti baş idarəsinin baş inspektoru, kiçik miqrasiya xidməti müşaviri İsmayıl İsmayılov çıxış edərək insan alverinin beynəlxalq mütəşəkkil cinayətkarlığın başlıca istiqamətlərindən biri olduğunu, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan alverinə qarşı mübarizə üzrə milli fəaliyyət planı”nın bu sahədə müəyyən etdiyi əsas tədbirlərin qanunvericilik bazasının təkmilləşdirilməsi, milli əlaqələndiricinin təyin edilməsi, Daxili İşlər Nazirliyi tərkibində İnsan alverinə qarşı xüsusi polis qurumunun yaradılması, insan alveri cinayətinin qurbanları və ehtimal olunan qurbanların müdafiəsinin təmin edilməsi olduğunu qeyd edib.

         Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Regional miqrasiya idarələri