AZ EN RU
logo Aliyev
Şirvan RMİ-nin xidməti ərazisində 11 nəfərə səyyar xidmət göstərilib

Dövlət Miqrasiya Xidmətinin Şirvan regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan rayonlarda (Saatlı, Sabirabad, Neftçala) ahıl, ruhi və yataq xəstəsi olan 11 nəfərə səhhəti ilə əlaqədar olaraq yaşadıqları ünvanlarda səyyar xidmət göstərilib.

Onlardan 4 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə və 1 nəfərə Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə qərarlar, 1 nəfərə isə Rusiya Federasiyası səfirliyindən alınmış qayıdış şəhadətnaməsi təqdim edilib.

Həmçinin, 5 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün sənədləri qəbul edilib, 7 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi və müvəqqəti yaşama icazəsi almaq üçün tələb olunan sənədlərin siyahısı təqdim olunub.

Regional miqrasiya idarələri