AZ EN RU
logo Aliyev
Bakı Mühəndislik Universitetində tələbələrlə maarifləndirmə tədbiri keçirilib

Görüşün keçirilməsində məqsəd Bakı Mühəndislik Universitetində təhsil alan əcnəbi tələbələri, eləcə də Universitet nümayəndələrini mövcud miqrasiya qanunvericiliyinin tələbələri  barədə məlumatlandırmaq, bu sahədə onların maraqlandıran sualları cavablandırmaq, eyni zamanda təkliflərini dinləmək olub.

Təqdimatla çıxış edən Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Ülvi Əliyev əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama qaydaları, müraciət prosedurları barədə məlumat verib, müvafiq icazələrin alınması zamanı diqqət edilməli olan məqamlara toxunub.

Görüşün sonunda tədibr iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Regional miqrasiya idarələri