AZ EN RU
logo Aliyev
Lənkəranda “İnsan alverinə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətinin regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Lənkəran Dövlət Humanitar Kollecində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.

Tədbirdə kollecin tələbə və müəllim kollektivi olmaqla, ümumilikdə 75 nəfər iştirak edib.

Tədbiri giriş sözü ilə açan kollecin təlim-tərbiyə işləri üzrə müavini Ülviyyə Namazova mövzunun aktual olması barədə məlumat verib.

Lənkəran regional miqrasiya idarəsinin bölmə rəisi Amil Sayılov insan alverinin və qanunsuz miqrasiyanın mahiyyəti, doğurduğu təhlükələr, fəsadlar, bu istiqamətdə dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri barədə geniş məlumat verib. Bildirilib ki, DMX öz fəaliyyətində insan alverinə qarşı mübarizə ilə bağlı qəbul edilmiş sənədlərin icrası istiqamətində müvafiq tədbirləri həyata keçirir. O, regionlarda ictimaiyyəti maarifləndirmək və təbliğat işinin təşkil edilməsi məqsədilə müvafiq tədbirlərin davam etdirilməsinin önəmini vurğulayıb.

Sonda iştirakçıların sualları qanuna müvafiq qaydada cavablandırılıb.

 

Regional miqrasiya idarələri