AZ EN RU
logo Aliyev
“Kamilliyə aparan yol” mövzusunda master-klass keçirilib

Dövlət Miqrasiya Xidmətinin aparatında (DMX) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Kulturologiya və davamlı inkişaf” layihəsi çərçivəsində “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən “Kamilliyə aparan yol” mövzusunda master-klass keçirilib.

Tədbirdə DMX-nın mərkəzi aparatının və Xidmətin regional miqrasiya idarələrinin əməkdaşları iştirak ediblər.

Master-klassda kulturoloqtarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov tərəfindən mədəni inkişafın əsas anlayışları və amilləri, mədəniyyətin insan kapitalının formalaşdırılmasında və davamlı inkişafda rolu, liderlik mədəniyyəti, Şərq və Qərb mədəni inkişafının müqayisəli təhlili, “Kulturoloji piramida” universal metodu və s. mövzulara dair təqdimat edilib.

Regional miqrasiya idarələri