AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Elnur Qərarinin yaradıcılıq gecəsi keçirilib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, Dövlət Miqrasiya Xidmətinin Readmissiya məsələləri idarəsinin əməkdaşı, I dərəcəli miqrasiya xidməti qulluqçusu Elnur Qərarinin (Şahmarov) yaradıcılıq gecəsi keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və təşəbbüsü ilə Nardaran Qəsəbə Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, şairlər, sənət adamları və məktəblilər iştirak ediblər.

Tədbirdə şairin yaradıcılığından geniş söhbət açılıb, sözlərinə bəstələnmiş mahnılar ifa edilib, müxtəlif mövzularda yazılmış şeirləri sənətçilər və orta məktəb şagirdləri tərəfindən səsləndirilib.

Yaradıcılıq gecəsində çıxış edən Elnur Qərari tədbirin təşkilatçılarına, qonaqlara öz təşəkkürlərini bildirib və  bu günün həyatının ən xoş anlarından olduğunu vurğulayıb.

Gecənin aparıcısı fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Mail Yaqub olub.

Rayon ictimaiyyətinin nümayəndələri bu cür tədbirlərin təşkil olunmasını təqdirə layiq olduğunu söyləyib və öz minnətdarlıq hisslərini dilə gətiriblər.

Regional miqrasiya idarələri