AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə ELAN edir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan  Respublikasının vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə  işə qəbulla əlaqədar müsahibə

ELAN  EDİR

 Azərbaycan Respublikası vətəndaşları aşağıda qeyd olunan vakant vəzifələrə işə qəbulla əlaqədar müsahibəyə dəvət olunur:

  • Gəncə regional miqrasiya idarəsi-1 yer (baş mütəxəssis);
  • Lənkəran regional miqrasiya idarəsi-2 yer (kiçik inspektor-mühafizəçi, baş mütəxəssis);
  • Xaçmaz regional miqrasiya idarəsi-1 yer (baş mütəxəssis);
  • Şəki regional miqrasiya idarəsi-2 yer (kiçik inspektor-kargüzar, baş mütəxəssis);
  • Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi-1 yer (kiçik inspektor-kargüzar);

Vakant  vəzifəni tutmaq məqsədilə keçiriləcək  müsahibə zamanı ümumi dünyagörüşünə, həmçinin özünü təqdimetmə, kollektivdə işləmək, problem həlletmə, yaradıcılıq və təşəbbüskarlıq xüsusiyyətlərinə, kompyuter və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.  

Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək arzusu olan şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • kadrlar uçotunun şəxsi vərəqəsi;
  • ərizə;
  • şəxsiyyət vəsiqəsinin surəti; 
  • təhsil haqqında sənədin surəti;
  • hərbi biletin surəti (olduğu təqdirdə);
  • əmək kitabçasının surəti (olduğu təqdirdə). 

Müsahibədə iştirak etmək üçün sənədlər 2019-cu il may ayının 22-dən iyun ayının 21-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur. 

Əlaqə nömrəsi: (012) 562-53-01

Regional miqrasiya idarələri