AZ EN RU
logo Aliyev
Məktəblilər Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə tanış olublar

Bir müddət əvvəl Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun  Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik məktəbində miqrasiya məsələlərinə həsr olunmuş  görüşün davamı olaraq bir qrup məktəbli üçün Dövlət Miqrasiya Xidmətdə info-tur təşkil olunub.

Tədbirdə Xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, tətbiq edilən innovasiyalar haqqında ətraflı təqdimat keçirilib. İnfo-tur çərçivəsində şagirdlər DMX-nın 919 Çağrı mərkəzinin fəaliyyəti, burada yaradılan şəraitlə yaxından tanış olublar.

Sonda onlar Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz miqrantların saxlanılması mərkəzinə gediblər. Gənclərə mərkəzin fəaliyyəti, iş rejimi, daxili intizam qaydaları, miqrantların asudə vaxtlarının səmərəli təşkili, tədris otaqları, orada yerləşdirilən şəxslərin hüquqları və vəzifələri barədə geniş məlumat verilib. 

Regional miqrasiya idarələri