AZ EN RU
logo Aliyev
Miqrasiya əməkdaşları arasında şahmat turniri keçirilib

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının  96-ci  ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında şahmat turniri keçirilib. Xidmətin Həmkarlar İttifaqı Komitəsi və Bakı Şəhər Gənclər və  İdman  Baş İdarəsi ilə birgə təşkil olunan turnirdə Xidmətin müxtəlif struktur bölmələrindən 15 miqrasiya əməkdaşı iştirak edib.

Dairəvi sistem üzrə keçirilən yarışların qalibi Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov olub. Şəki regional miqrasiya idarəsinin baş mütəxəssisi Vüsal Babayev II, Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin baş inspektoru Füzuli Cəbrayllı isə III yerə layiq görülüb.

Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev və Bakı Şəhər Gənclər və  İdman  Baş İdarəsinin rəisi Raqif Abbasov qalib və mükafatçıları təltif ediblər.

Regional miqrasiya idarələri