AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinə 2019-ci ilin aprel ayı üzrə daxil olmuş zənglər

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı mərkəzinə carı ilin aprel ayı ərzində 10646 zəng daxil olmuşdur. Onlardan 9659-u azərbaycan dilində, 739-i rus dilində, 248-i isə ingilis dilində cavablandırılıb.  Aprel ayı ərzində cavablandırılan müraciətləri məzmununa görə aşağıdakı kimi sistemləşdirmək olar:

Daimi yaşama icazəsi – 693 zəng

Müvəqqəti yaşama icazəsi – 3077 zəng

İş icazələri – 618 zəng

Vətəndaşlıq məsələləri – 969 zəng

İnzibatı xəta – 305 zəng

Olduğu yer üzrə qeydiyyat – 732 zəng

Digər məsələlər ilə bağlı – 4252 zəng daxil olmuşdur.

Regional miqrasiya idarələri