AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin yeni animasiya video çarxı təqdim olunub

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında təhlükəsiz, nizamlı və müntəzəm miqrasiyanın təşviqi, eləcə də miqrasiya məsələləri ilə bağlı xidmətlər üzrə məlumatlandırma məqsədi daşıyan video çarx ingilis dilində hazırlanıb. Burada Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza tələbləri, miqrasiya qanunvericiliyinin əsas istiqamətləri, müraciət imkanları, o cümlədən Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi “MİGAZ” barədə məlumatlar öz əksini tapıb.

 Qeyd edək ki, animasiya çarxı Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə Avropa İttifaqı, ABŞ Dövlət Departamenti, BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb. Xatırladaq ki, layihəyə ötən il yekun vurulub.

 

Regional miqrasiya idarələri