AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Hindistanın ölkəmizdəki səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

Səfiri səmimiyyətlə salamlayan Xidmət rəisi iki ölkənin iqtisadi, siyasi, təhsil, mədəni və investisiya sahələrində mövcud olan əlaqələrindən məmnunluqla söhbət açıb. Bildirib ki, Azərbaycan və Hindistan yaxın dostluq münasibətlərinə və bir çox sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlı əlaqələrinə malikdir.

Vüsal Hüseynov əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və keçirilən görüşlərin önəmini diqqətə çatdırıb, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti, vətəndaş məmnunluğunun və  şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib. Qeyd edib ki, bu islahatlar əcnəbi iş adamlarının ölkədə çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaradır.

Qəbula görə Xidmət rəisinə təşəkkür edən səfir Bavitlunq Vanlalvavna iki ölkə arasında əlaqələrin tarixi köklərə malik olduğunu, fəaliyyəti dövründə münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini ifadə edib.

 Görüşdə hər iki ölkə vətəndaşlarının miqrasiya sahəsində üzləşdiyi problemlər və onların həlli istiqamətində atıla biləcək addımlar müzakirə olunub.

Regional miqrasiya idarələri