
Şəki Regional Miqrasiya İdarəsində “Miqrasiya könüllüsü – sən fərqlisən” layihəsi çərçivəsində könüllülərlə ilk təlimə start verilib. Ümumi tanışlıq xarakteri daşıyan təlimdə 19 gənc iştirak edib.
İlk təlim günündə gənclərə Xidmətinin əsas fəaliyyət istiqamətləri haqqında, həmçinin “Miqrasiya Könüllüsü- Sən fərqlisən!” layihəsinin məqsədi, perspektivləri və qarşıda olan hədəfləri barədə məlumat verilib. Tədbir iştirakçıları Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Könüllüsü komandasının üzvü olaraq təcrübə əldə edəcəkləri, əcnəbi vətəndaşlarla ünsiyyətdə olacaqları, miqrasiya proseslərini yaxından izləyəcəkləri və yeni dostlar qazanacaqları barədə məlumatlandırılıblar. Həftədə 2 dəfə nəzərdə tutulan təlim proqramıında müxtəlif mövzular tədris olunacaq. Həmçinin gənclər Şəki regional miqrasiya idarəsində praktik məşğələlərə, müxtəlif tədbirlərə cəlb olunacaq, xidmətin fəaliyyətində könüllü şəkildə iştirak edəcəklər.
Şəkidə Miqrasiya könüllülərinin cərgəsinə qoşulmaq istəyən gənclər sheki@migration.gov.az ünvanına CV göndərə bilərlər. Əlaqə (024) 245-24-28.
Miqrasiya könüllüsü – sən fərqlisən !!!




-
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar 2019-cu ilin noyabr ayının 18-dən dekabr ayının 16-dək Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə ELAN EDİR
Ali təhsilə malik olan Azərbaycan Respublikası...
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi - 2” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya...
-
Müsahibəyə dəvət olunan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin SİYAHISI!
Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması...
-
İşəgötürənlərin NƏZƏRİNƏ!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il...
-
Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin NƏZƏRİNƏ !
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris...