AZ EN RU
logo Aliyev
“Ailə və Miqrasiya” mövzusunda seminar keçirilib

Dövlət Miqrasiya Xidmətinin aparatında (DMX) Cenevrə İnstitutunun və Haaqa şəhərində yerləşən Erasmus Universitetinin məruzəçisi Dr. Katarzyna Grabskayanın “Ailə və Miqrasiya” mövzusunda mühazirəsi dinlənilib.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə (MSİBM) birgə həyata keçirilən “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsi çərçivəsində təşkil edilmiş seminarda K.Grabska miqrasiyanın ailələrə və ailə münasibətlərinə təsiri, gender məsələləri, beynəlxalq hüquq normalarının ailə hüquqlarının qorunmasında və təmin edilməsində roluna dair önəmli mövzuların təqdimatını edib.

Maraqla dinlənilən mühazirənin sonunda Xidmət əməkdaşlarının sualları cavablandırıb.

Regional miqrasiya idarələri