AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinə yeni qəbul olunmuş əməkdaşlar üçün tədris kursuna start verilib

Miqrasiya orqanlarına işə yeni qəbul olunan əməkdaşlar peşə hazırlığının yüksəldilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris mərkəzində təlimlərə cəlb olunublar. 

      DMX-nın Kadrlar və kadr hazırlığı idarəsi ilə Təlim-tədris mərkəzinin birgə təşkil etdiyi 15 günlük kurs çərçivəsində namizədlərə “Miqrasiya siyasəti”, “Miqrasiya hüququna giriş”, ““ASAN xidmət” mərkəzlərində Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin təşkili”, “Miqrasiya orqanlarının fəaliyyətində şəffaflığın qorunması” “Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq və perspektivlər”, “Əmək miqrasiyası”, “Qanunsuz miqrantların saxlanılması mərkəzləri”, “Sərhəd buraxılış məntəqələrində miqrasiya şöbələrinin fəaliyyəti”,  “Azərbaycan Respublikasında qaçqın məsələləri və bu sahəni tənzimləyən qanunvericilik aktları”, “Vətəndaşlıq məsələlərinin araşdırılması və həlli”, “İctimaiyyətlə əlaqələr”, “Readmissiya”, “Kargüzarlıq”, “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Azərbaycan Respublikasının Konstitusiyası, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, “Azərbaycan Respublikasının əməyin mühafizəsi haqqında qanunvericiliyinin əsas müddəaları”, “İnsan alverinə qarşı mübarizə”, “Gender statistikası”, “Qadın hüquqları və gender bərabərliyi” və digər mövzularda mühazirə və seminarlar, o cümlədən praktiki məşğələlər təşkil olunur.

     DMX-nın struktur bölmələrinin rəhbər vəzifə tutan işçiləri ilə yanaşı, bır sıra dövlət oqranlarının (Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası,  Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası) əməkdaşları da tədris kursunun keçirilməsində yaxından iştirak edirlər.

    Təlim prosesində mövzularla bağlı suallar cavablandırılır və fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparılır.

Regional miqrasiya idarələri