
Ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması və vətəndaşsızlıq hallarının aradan qaldırılması məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunun dağlıq və ucqar yaşayış məntəqəsi olan Xilmilli kəndində səyyar xidmət təşkil edilib.
Xilmilli kənd icra nümayəndəliyinin inzibati binasında ümumilikdə 25 nəfərə səyyar xidmət göstərilib. Həmin şəxslərin sənədlərinə baxış keçirilib, onlarla fərdi maarifləndirici söhbətlər aparılıb, ölkədə yaşamalarının leqallaşdırılması məqsədilə hüquqi bağlılığı olduğu dövlətin ölkəmizdəki səfirliyindən müvafiq arayışlarla təmin olunduqdan sonra digər sənədlərlə Dövlət Miqrasiya Xidmətinə müraciət etmələri tövsiyə olunub.
Səyyar xidmət zamanı şəxsləri maraqlandıran suallar cavablandırılıb, uzun müddət vətəndaşsızlıq vəziyyətində yaşayan 14 nəfərə Gürcüstanın ölkəmizdəki səfirliyinə müraciət etmələri tövsiyə olunub, 2 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı, 9 nəfərə müvəqqəti və daimi yaşama icazəsi almaq üçün tələb olunan sənədlərin siyahısı verilib.
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə regionlarda səyyar xidmətlərin göstərilməsi davam etdirilir.



-
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar 2019-cu ilin noyabr ayının 18-dən dekabr ayının 16-dək Azərbaycan Respublikasının vətəndaşları üçün müsabiqə ELAN EDİR
Ali təhsilə malik olan Azərbaycan Respublikası...
-
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya Məktəbi - 2” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti “Miqrasiya...
-
Müsahibəyə dəvət olunan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin SİYAHISI!
Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin alınması...
-
İşəgötürənlərin NƏZƏRİNƏ!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il...
-
Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilərin NƏZƏRİNƏ !
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təlim-tədris...