AZ EN RU
logo Aliyev
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti yeni "İnformasiya Texnologiyaları Məktəbi” layihəsinə başlayır və bununla əlaqədar müsabiqə ELAN EDİR

 “Miqrasiya könüllüləri” layihəsi çərçivəsində “İnformasiya Texnologiyaları Məktəbi”ndə təlimlıərə başlayırıq.

Ali təhsil müəssisələrinin informasiya və kommunikasiya texnologiyaları, kompüter elmləri və bənzəri ixtisasları üzrə ali təhsili, həmçinin, müvafiq iş təcrübəsi olan bütün gənclər təlimlərdə iştiraka dəvət olunur.

“İnformasiya Texnologiyaları məktəbi” barədə ətraflı məlumatı Konsepsiya sənədindən əldə edə bilərsiniz.

İştirakçılar proqram çərçivəsində İT helpdesk, şəbəkə, sistem inzibatçılığı və proqram təminatının inkişafı sahəsində peşəkar biliklərə yiyələnmək, praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • CV (miqrasiya könüllülərinin CV göndərməsinə ehtiyac yoxdur)
  • Qeydiyyat forması;

Proqramda iştirak üçün sənədlər “26” aprel 2019-cu il tarixədək elektron poçt vasitəsilə, itschool@migration.gov.az ünvanına (başlıq hissəsində “İT Məktəb” göstərilməklə) qəbul olunur.

Konsepsiya

Qeydiyyat forması

Regional miqrasiya idarələri