AZ EN RU
logo Aliyev
“Dövlət Miqrasiya Xidməti: dünəndən bu günə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci il dönümü ilə əlaqədar olaraq Masallı rayon İcra Hakimiyyətində “Dövlət Miqrasiya Xidməti: dünəndən bu günə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə yerli icra hakimiyyəti nümayəndələri, bələdiyyə üzvləri, rayon sakinləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən ibarət 65 nəfər iştirak edib.

Görüş zamanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ölkəmizdə yaradılmış şərait, Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, eləcə də olduğu yer üzrə qeydiyyat, müvəqqəti olma, müvəqqəti və daimi yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, vətəndaşlığa qəbul, bərpa və vətəndaşlığa xitam verilməsi, miqrasiya qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət barədə həmçinin Dövlət Miqrasiya Xidmətinin mobil tətbiqi MİGAZ-ın funksiyaları haqqında geniş informasiya verilib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda səyyar sənəd qəbulu keçirilib. 2 nəfərə müvafiq sənəd siyahıları, 4 nəfərə vətəndaşlıq mənsubiyyəti ilə bağlı arayış təqdim olunub. 1 nəfərin vətəndaşlıq mənsubiyyəti ilə bağlı müaricəti qəbul olunub.

Regional miqrasiya idarələri