AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 12-ci ildönümünə həsr edilmiş  “Breyn-Rinq” intellektual yarışması keçirilib

 “Caspian Business Hotel”də təşkil olunan tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və “Breyn-Rinq” intellektual yarışmasına qatılan komandalara uğurlar arzulayıb.

İntellekt yarışında Xidmət əməkdaşlarından ibarət 12  komanda qələbə uğrunda mübarizə aparıb.

Gərgin mübarizə şəraitində keçən “Breyn-Rinq” oyununun qalibi “Pleymeyker-12” komandası olub. “İdea” komandası ikinci, “Xəzinə” isə üçüncü yeri tutub.

Qalib və mükafatçılar kubok və medallarla təltif olunublar.

Bilik yarışmasının ən fəal iştirakçılarına isə xatirə hədiyyələri təqdim olunub.

 

Regional miqrasiya idarələri