AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Avstriyanın Azərbaycandakı səfiri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfiri Bernd Aleksandr Bayerl və Avstriyanın Azərbaycan və Gürcüstan üzrə polis attaşesi Karlhaynz Qortano ilə görüşüb.

Tanışlıq xarakterli görüşdə Xidmət rəisi səfiri təyinatı münasibətilə təbrik edib və Azərbaycanla Avstriya arasında mövcud olan əməkdaşlıq əlaqələrdən danışıb. Qeyd edib ki, Avstriya ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə əhəmiyyətli addımlar atılıb. Xidmət rəisi söyləyib ki, dövlətlər arasında səmərəli əməkdaşlıq miqrasiya sahəsində də əlaqələrin möhkəmləndirilməsinə və qurumlararası qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

Səfir Aleksandr Bayerl Xidmət rəisinə səmimi  görüşə və təbrikinə görə təşəkkür edib. Diplomat iki dövlət arasında formalaşmış münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi yolunda səylərini əsirgəməyəcəyini ifadə edib.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Regional miqrasiya idarələri