AZ EN RU
logo Aliyev
Dövlət Miqrasiya Xidməti Göyçay rayonunda maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Göyçay rayonunda maarifləndirilmə tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının inzibati binasında təşkil edilən tədbirdə rayonun aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, tibb və təhsil işçilərinin, ictimai təşkilatların, sahibkarların, mədəniyyət və turizm şöbəsinin nümayəndələrinin, otellərin, istirahət mərkəzlərinin təmsilçiləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Tədbirdə Ağsu regional miqrasiya idarəsinin məsul vəzifəli şəxsləri tərəfindən miqrasiya sahəsində qanunvericiliyə edilmiş əlavə və dəyişikliklərlə bağlı məlumatlar verilib, mobil tətbiq - “MİGAZ”-ın funksiyaları, istifadə qaydaları əyani göstərilməklə geniş izah olunub, həmçinin Dövlət Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər “Azərbaycan Respublikasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, onlara ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazənin verilməsi qaydaları” video slayd vasitəsilə nümayiş etdirilib.

Sonra Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış məlumatlandırma vərəqləri tədbir iştirakçılarına təqdim edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda 15 nəfərə səyyar xidmət göstərilib. Onlardan 3 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi, 8 nəfərə ölkədə müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı sənədlərin siyahısı, həmçinin 1 nəfərə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və 3 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı qərar təqdim olunub.

Regional miqrasiya idarələri